BBF-in hazır məhsulları sertifikatlandırılıb. Beynəlxalq standartların tələbinə uyğun olaraq keyfiyyət sisteminin layihəsi hazırlığı və işə salınması artıq başlanmışdır. BBF Azərbaycan qənnadı sənayesi müəssələri arasında keyfiyyət sistemi sertifikatlarını alan birinci müəssisədir.
Alınan sertifikatlar təsdiq edirlər ki, müəssisədə proyektləşdirmədən hazır məhsulun satışına qədər bütün istehsal tsikli mərhələlərində iş keyfiyyəti təmin edilir.
Fabrik avropa keyfiyyət standartlarına uyğun sertifikatlarını əldə etmək istəyindədir. Müəssisə rəhbərləyi bunun yaxın zamanda baş verəcəyinə əmindir.
Süfrə ləzzətinə əsl zəmanət
Texnologiyanın ən müasir avadanlıqları ilə təchız olunmuş və yüksək standartlara uyğun qənnadı məmulatları istehsalını təmin edəcək yeni müəssisə - Bakı Biskvit Fabriki fəaliyyətə başlayır.
Yüzlərlə peşəkər qənnadi ustasının çalışdığı Bakı Biskvit Fabriki ən tələbkar alıcının zövqünü oxşayacaq keyfiyyatli qənnadı məhsullarının geniş təbəqələrinin süfrəsini ləziz və dadlı edəcəkdir. Müvafiq hazırlıq keçmiş əmək kollektivi məhsulların ləzzətli olması üçün əsl zəmanətdir.
Bakı Biskvit Fabriki yalnız yerli bazarla kifayətlənmək niyyətində deyil. Müəssisənin gələcək planlarına geniş istehlakçı potensialına malik olan MDB məkanına daxil olmaq və Azərbaycan şirniyyatının şöhrətini bərpa etməkdir.
Bakı Biskvit Fabrikinin strategiyası Azərbaycan və dünya qənnadçılıq ənənələrinin əsasında istehsal etdiyi könüloxşayan məhculları ilə süfrələri daha da zənginləşdirməyə və gözəgəlimli etməyə yönlənmişdir.
2007, Copyright bu Baku Biscuit Factory
All rigths reserved